Azərbaycana gətiriləcək koronavirusa qarşı vaksinlər ƏDV-dən azad edilib

Azərbaycana gətiriləcək koronavirusa qarşı vaksinlər ƏDV-dən azad edilib
# 31 dekabr 2020 23:36 (UTC +04:00)

Yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Beləliklə, Səhiyyə Nazirliyinin təsdiqedici sənədi əsasında COVİD-19 infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə əlavə ƏDV tutulmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR