Azərbaycanda bələdiyyələrlə bağlı elektron xidmət yaradılacaq

Azərbaycanda bələdiyyələrlə bağlı elektron xidmət yaradılacaq
# 12 fevral 2021 17:15 (UTC +04:00)

Azərbaycanda bələdiyyələrlə bağlı elektron xidmət yaradılır.

APA-nın məlumatına görə, Milli Məclisə daxil olan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə qeyd edilir ki, ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair elektron xidmətin təşkili üzrə işlər yekunlaşdırılıb. Bu elektron xidmətin tətbiqi ilə vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə etmək imkanı təmin olunacaq.

Qeyd olunan elektron xidmət üzrə məlumat bazasının genişləndirilməsi məqsədi ilə bələdiyyə qulluqçuları barədə məlumatların da daxil edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR