Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb
# 10 mart 2021 11:58 (UTC +04:00)

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb.

Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVİD-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır.

Məktəb direktoru Söhbət Salmanov APA-ya açıqlamasında koronavirusa yoluxduğunu və rəhbəri olduğu təhsil müəssisəsinin 14 günlük bağlandığını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR