Azərbaycanda erkən evliliyə görə cinayət işinin başlanmamasının səbəbi açıqlanıb

Azərbaycanda erkən evliliyə görə cinayət işinin başlanmamasının səbəbi açıqlanıb
  • Clock-gray 15:54
  • calendar-gray 29 Dekabr 2020

2019-cu ildə Azərbaycanda erkən evliliklərin sayı təxminən 3000-3500 olub.

APA-nın məlumatına görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilir ki, erkən yaşda evlilik halları dövlət qeydiyyatına alınmadığı üçün onların statistikası aparılmır: “Lakin 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını əsas götürməklə təxminən uşaq nikahları ilə bağlı rəqəmləri müəyyən etmək mümkündür. Belə ki, statistikaya görə, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 idisə, 2019-cu ildə bu rəqəm 2320 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir. Bununla belə, 2129 uşağın doğulması təqribən 3000 və ya 3500 uşaq evliliyəndən xəbər verir.

Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin təqdim etdiyi məlumata əsasən, 2019-cu ildə yetkinlik yaşına çatmayan şəxsi nikaha məcbur etməyə görə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən cinayət işi açılmayıb. Lakin evlilik məqsədi ilə qız uşağının oğurlanmasına görə 9 fakt üzrə cinayət işi başlanıb. Təcrübə göstərir ki, cinayət işlərinin açılmamasının əsas səbəbi nikaha məcbur etmənin sübuta yetirilməməsidir.

Firuzə Vahid

Digər xəbərlər