Azərbaycanda növbəti onillikdə beş Milli Prioritet müəyyənləşib

Azərbaycanda növbəti onillikdə beş Milli Prioritet müəyyənləşib
# 02 fevral 2021 14:20 (UTC +04:00)

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.

Reallaşmalı olan beş Milli Prioritet aşağıdakılardır:

-dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

-dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

-rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

-işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

- təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən Milli Prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR