Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib

Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib
# 27 fevral 2020 12:01 (UTC +04:00)

Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər müəyyən edilib.

APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, ov yalnız ovçuluq təsərrüfatlarında və xüsusi müəyyən olunmuş ov sahələrində aparılır: "Lakin cəbhə bölgəsinə yaxın olan inzibati rayonların ərazilərində, eləcə də Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və digər yaşayış məntəqələrinin, həmçinin kurortların ətrafında 1.5-2 kilometrə qədər olan sahələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və onların sanitariya-mühafizə zonalarında qadağan edilir".

O, həmçinin ov etmək hüququnun hansı hallarda məhdudlaşdırıldığını da deyib: "Ov etmək üçün ov icazəsinin vaxtı qurtardıqda, ovçuluq fəaliyyəti dayandırıldıqda, icazəsiz ov etdikdə, heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda həmin şəxsin ov etmək hüququ məhdudlaşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR