Azərbaycanda son sutkada 329 nəfər COVID-19-dan sağalıb, 138 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda son sutkada 329 nəfər COVID-19-dan sağalıb, 138 nəfər yoluxub, 5 nəfər vəfat edib
# 05 fevral 2021 17:38 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 760 nəfər müalicə olunaraq sağalıb, 3 153 nəfər vəfat edib, aktiv xəstə sayı 2 994 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 133, ötən müddət ərzində isə ümumilikdə 2 439 718 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR