Azərbaycanda son sutkada 332 nəfər COVID-19-dan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda son sutkada 332 nəfər COVID-19-dan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib
# 02 fevral 2021 17:33 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 230455 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223807 nəfər müalicə olunaraq sağalıb, 3141 nəfər vəfat edib, aktiv xəstə sayı 3507 nəfərdir.

Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR