Azərbaycanda vaksin olunanların sayı yarım milyonu keçib

Azərbaycanda vaksin olunanların sayı yarım milyonu keçib
# 25 mart 2021 13:17 (UTC +04:00)

Martın 24-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR