Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı açıqlanıb

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı açıqlanıb
# 09 mart 2021 16:14 (UTC +04:00)

2020-ci ildə 27 uşaq (15 oğlan, 12 qız) övladlığa verilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, onlardan 23-ü Azərbaycan vətəndaşları, 4-ü isə əcnəbi yaxın qohum və ya ögey ata-ana tərəfindən övladlığa götürülənlərdir.

Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ümumi 1,5 min nəfər (918 oğlan, 579 qız) təşkil edib. Onlardan 1183-ü sağlam, 311-i isə sağlamlıq imkanları məhdud uşaqlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR