Azərbaycanın Gürcüstandakı səfirliyinə qoruyucu tibbi vasitələr veriləcək

Azərbaycanın Gürcüstandakı səfirliyinə qoruyucu tibbi vasitələr veriləcək
# 02 aprel 2020 14:05 (UTC +04:00)

Gürcüstanda akkreditasiyadan keçmiş diplomatik nümayəndəliklərə yeni növ koronavirusla mübarizə məqsədi ilə qoruyucu tibbi vasitələr veriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərarı Gürcüstanın Baş naziri Giorgi Qaxarianın rəhbərlik etdiyi Qurumlararası Koordinasiya Agentliyi qəbul edib.

Qərara əsasən, Gürcüstanda istehsal edilən tibbi maskalar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə koordinasiyalı şəklində bu ölkədə qeydiyyatdan keçmiş diplomatik nümayəndəliklərə paylanılacaq.

Qeyd edək ki, Gürcüstanda 41 ölkənin səfirliyi və 23 beynəlxalq təşkilatın nümayəndəliyi akkreditasiyadan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR