Azərbaycanın işğal altında olan ərazilərində indiyədək 91 nəfər koronavirusa yoluxub

Azərbaycanın işğal altında olan ərazilərində indiyədək 91 nəfər koronavirusa yoluxub
# 17 iyun 2020 12:20 (UTC +04:00)

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 12 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 91 nəfərə çatıb.

Bildirilib ki, indiyədək xəstəlikdən sağalanların ümumi sayı 54 nəfərdir.

Hazırda 94 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR