Bakıda 285 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir

Bakıda 285 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir
# 23 dekabr 2020 11:06 (UTC +04:00)

Ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik akademiya” fəaliyyət göstərir.

“Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə Təhsil Nazirliyinin əmrinə əsasən, paytaxtın 79 ümumi təhsil məktəbində layihə tətbiq edilir. Layihə çərçivəsində müəllimlər üçün təkmilləşdirmə təlimləri keçirilib.

Paytaxtın 126 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR