Bakıda yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıb

Bakıda yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıb
# 03 dekabr 2020 19:55 (UTC +04:00)

Bakıda yaşayış yerini tərk edən daha iki nəfər koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindəın APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv “COVID-19” xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar. Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Yaşayış yerini tərk edən daha bir koronavirus xəstəsi isə Nərimanov Rayon Polis İdarəsi17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayon ərazisində ictimai yerdə aktiv “COVID-19” xəstəsi olan Bakı şəhər sakini, 34 yaşlı Mahmud Məmmədov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR