Bakıda yol çöküb - FOTO - YENİLƏNİB 1

Bakıda yol çöküb - FOTO - YENİLƏNİB 1
# 23 mart 2020 11:49 (UTC +04:00)

Bakıda çökən yolda təmir işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, “Azərsu” su xəttini bərpa etdikdən sonra ərazidə təmir işləri həyata keçiriləcək.

***

11:19

Bakının Səbail rayonu ərazisində, Jurnalistlərin binasının yaxınlığında su xətti partlayıb.

APA-nın xəbərinə görə, nəticədə yol çöküb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının APA-ya verdiyi açıqlamaya görə, Səbail rayonunda Elçin Əzizov küçəsini su ilə təmin edən su xəttində sızma baş verib. Bu səbəbdən torpaqda çökmə əmələ gəlib. “Azərsu”nun briqadası əraziyə cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR