Bir sıra regionlarda məktəb və uşaq bağçalarının inşası üçün müraciət edilib

Bir sıra regionlarda məktəb və uşaq bağçalarının inşası üçün müraciət edilib
# 10 mart 2021 13:51 (UTC +04:00)

Salyan rayonu Yuxarı Xalac-2 kənd tam orta məktəbi üçün yeni binanıən tikintisi və Yuxarı Xalac-1 kənd tam orta məktəbinin əsaslı təmiri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Xıdırlı kənd orta məktəbinin tikinti məsələsinə aidiyyəti qurumların təklifləri əsasında növbəti illərdə baxılacaq.

Zərdab rayonunun Dəli Quşçu kənd tam orta məktəbi üçün yeni binanın tikintisi də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub. Məlikli kənd tam orta məktəbinin əsaslı təmiri, eləcə də Pərvanlı kəndində yeni uşaq bağçasının inşası məqsədilə aidiyyəti üzrə müraciət edilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Neftçalanın humanitar təmayüllü “Muğan” liseyi üçün yeni binanın tikintisi, 4 nömrəli, Bankə qəsəbə 1 nömrəli, Qədimkənd, Qaçaqkənd tam orta məktəblərinin əsaslı təmiri, Haqverdili, Uzunbabalı kənd modul tipli ibtidai, Şorkənd və Mayak kənd modul tipli ümumi orta məktəblərin inşası nəzərdə tutulub.

Rayonun digər təhsil müəssisələrinin və tibb məntəqələrinin əsaslı təmir və tikintisi məsələlərinə aidiyyəti qurumların təklifləri əsasında növbəti illərin Dövlət İnvestisiya Proqramı çərçivəsində baxılacaq.

Tovuz və Gədəbəy rayonları üzrə yeni uşaq bağçalarının açılması məqsədilə aidiyyəti müraciət edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 1813 nömrəli Sərəncamı ilə Kürdəmir şəhər 5 nömrəli tam orta məktəbi üçün 960 yerlik yeni binanın tikintisi məqsədilə Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Məktəb binasının tikintisinin layihə-smeta sənədləri hazırlanır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 1812 nömrəli Sərəncamı ilə Kürdəmir şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün Kürdəmir Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Bununla əlaqədar layihə-smeta sənədləri hazırlanaraq ekspertizaya təqdim edilib.

Digər təhsil müəssisələrinin tikintisi və təmiri məsələsinə növbəti illərdə Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılacaq. Kürdəmir rayonunun Xırdapay, Atakişili, Şilyan, Qarasu, Yenikənd, Muradxan və Pirili kəndlərində uşaq bağçalarının tikintisi məqsədilə aidiyyəti üzrə müraciət edilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Biləsuvar şəhərində 1176 şagird yerlik tam orta məktəbin, Bağbanlar, Səmədabad və Dərvişli kənd tam orta məktəblərinin əsaslı təmiri nəzərdə tutulub. K.Ağayev adına Biləsuvar şəhər Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin layihə-smeta sənədləri hazırlanıb. 2020-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində Biləsuvar şəhərində 1176 şagird yerlik tam orta məktəbin tikintisi üçün 402,7 min manat, K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin layihə-smeta sənədlərinin hazırlanması və yenidən qurulması üçün isə 2,1 milyon manat olmaqla, cəmi 2,5 milyon manat məbləğində vəsait nəzərtə tutulmuş və təyinatı üzrə ayrılıb. Digər təhsil müəssisələrinin tikintisi və təmiri məsələsinə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılacaq.

Siyəzənin Yenikənd, Zarat və Böyük Həmyə kəndlərində yeni uşaq bağçalarının tikintisi üçün aidiyyəti üzrə müraciət edilib.kəndlərində yeni uşaq bağçalarının tikintisi üçün aidiyyəti üzrə müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR