Birinci yarımillik üzrə qiymətləndirmədən narazı olan şagirdlər fevral ayında apelyasiya verə bilərlər

Birinci yarımillik üzrə qiymətləndirmədən narazı olan şagirdlər fevral ayında apelyasiya verə bilərlər
# 27 yanvar 2021 12:15 (UTC +04:00)

"Müəllimlərin dərs yükündə heç bir izafi yük yaranmayacaq, neçə saat dərs yükü varsa, proporsional vasitə ilə iki yarımqrupa bölünəcək".

APA-nın məlumatına görə, bunu media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda Təhsil Nazirliyinin Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

Onun sözlərinə görə, müəllimin məsələn, 4 saatı varsa, 2 saat bir qrupa, 2 saat o biri qrupa bölünəcək. Digər iki saatı uşaqlar teledərslər vasitəsilə öyrənə bilər. Birinci yarımillik üzrə qiymətləndirmədən narazı olan şagirdlər fevral ayında apelyasiya ilə müraciət edə bilərlər, əvvəlcə onların aldıqları qiymət müzakirə olunacaq, yanlışlıq varsa, aradan qaldırılacaq və yeni qiymətləndirmə mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR