Bu gün 142-Çağrı Mərkəzinə 3140 zəng daxil olub

Bu gün 142-Çağrı Mərkəzinə 3140 zəng daxil olub
# 26 mart 2020 21:54 (UTC +04:00)

Bu gün DOST Agentliyində fəaliyyət göstərən 142-Çağrı Mərkəzinə 3140 zəng daxil olub.

Agentlikdən APA-ya verilən məlumata görə, bunlardan 524-ü yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlərdir.

Son üç gün ərzində isə mərkəzin operatorları vətəndaşların 6263 zəngini cavablandırıb. Bu zənglərin 20 faizindən çoxu (1280) yaşı 65-dən yuxarı tənha vətəndaşlara sosial xidmətlərin göstərilməsi ilə bağlıdır. Hazırda 142 – Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib. Vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb.

Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, əlavə 200-ü də yaradılmaqla, onların sayı 264-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR