Bu gündən noyabrın 23-dək 10 şəhər və rayonda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılıb

Bu gündən noyabrın 23-dək 10 şəhər və rayonda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılıb
# 07 noyabr 2020 00:00 (UTC +04:00)

Bu gündən etibarən 2 şəhər və 8 rayonda (Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları) ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarının sərtləşdirilməsi haqqında qərarında bildirilib.

Qeyd olunub ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR