Bəzi müəllimlərin ötən illərdəki nəticələri MİQ imtahanlarında nəzərə alınacaq

Bəzi müəllimlərin ötən illərdəki nəticələri MİQ imtahanlarında nəzərə alınacaq
# 15 iyul 2020 17:29 (UTC +04:00)

Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələrin müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınması məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR