DİM beynəlxalq sertifikat imtahanı keçirib

DİM beynəlxalq sertifikat imtahanı keçirib
# 05 iyun 2020 14:48 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan PMI - Project Management Institute təşkilatının “Program Management Professional (PgMP)®” sertifikat imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanda 1 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçının bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dövlət İmtahan Mərkəzində ingilis dili və müxtəlif ixtisas sahələri üzrə keçirilən imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

İmtahanın adı

Gün

Saat

“Pearson Test of English Academic” (PTE-Academic)

Hər həftənin cümə axşamı günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox imtahan

Hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR