Daha iki MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin strukturuna əlavə edilib

Daha iki MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin strukturuna əlavə edilib
# 16 sentyabr 2020 17:05 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Cəmiyyətin strukturunun optimallaşdırılması məqsədi ilə yeni yaradılmış törəmə hüquqi şəxslər “ASCO Nəqliyyat” MMC və “ASCO Mühafizə” MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturuna əlavə edilib. Həmçinin Cəmiyyət üzrə faktiki fəaliyyət göstərən “ACSC logistics” MMC-nin adı dəyişdirilərək “ASCO Logistics” MMC adlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR