Dörd rayona dolu yağıb - FAKTİKİ HAVA

Dörd rayona dolu yağıb - FAKTİKİ HAVA
  • Clock-gray 13:29
  • calendar-gray 06 İyun 2020

Ölkə ərazisində faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 6-da əksər rayonlarda şimşək çaxıb, yağış yağıb. 

Düşən yağıntının miqdarı Qrız, Xınalıqda 13 mm, Şəkidə 11 mm, Xaltanda 6 mm, Qusar, Ağdam, Göytəpə, Kişçayda (Şəki) 4 mm, Oğuz, Tərtərdə 3 mm, Balakən, Göyçay, Bərdə, Quba, Altıağacda 2 mm, Gədəbəy, Göygöl, Mərəzə, Şamaxı, Zaqatala, Maştağada 1 mm olub. 

İyunun 5-də Tərtər rayonunun Qarağacı kəndinə diametri 1.2-1.5 mm, Tovuz rayonunun Hacıqaya kəndinə, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə, Şəki rayonunun cənub hissəsinə xırda dənəli dolu düşüb. 

Gecə saatlarında 25 m/s-dək güclənən şimal-qərb küləyi  səhər 8:00 radələrindən başlayaraq zəifləyib. 

Bakıda temperatur iqlim normasından 1 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26, aran rayonlarında 30-35, dağlıq rayonlarda 21-24, Naxçıvan MR-da 32-36 dərəcə isti olub. 

Bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu 25-28 dərəcə isti təşkil edəcək.

apa-logo-mini

Digər xəbərlər