Dövlət qulluğu imtahanında 97 nəfərdən 16-sı müvəffəqiyyət qazanıb

Dövlət qulluğu imtahanında 97 nəfərdən 16-sı müvəffəqiyyət qazanıb
# 06 avqust 2020 11:11 (UTC +04:00)

Avqustun 3-də inzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlər haqqında bəzi statistik məlumatlar açıqlanıb.

DİM-dən APA-ya bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 67 nəfəri kişi, 30 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən 78 nəfər 20-39 yaş intervalında olanlardır. Bu namizədlərdən 15 nəfər imtahanda uğur qazanıb. Daha yuxarı yaş qrupuna aid olan 19 nəfərdən 1 nəfər lazımi nəticəni toplaya bilib.

AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 5 nəfərdən heç kim lazımi balı toplaya bilməyib. AB üzrə 23 nəfərdən 1 nəfər, AC üzrə isə 69 nəfərdən 15 nəfər test imtahanından uğurla keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 97 namizəddən 16 nəfəri (16.5%) müvəffəqiyyət əldə edib (67 kişidən 9 nəfəri, 30 qadından isə 7 nəfəri lazım olan balı toplayıb).

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 52 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Bu kateqoriyaya aid olanlardan 11 nəfər uğur qazanıb. İmtahanda iştirak edənlərdən 45 nəfərin məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlardan 5 nəfər uğur qazanıb.

Namizədlərin qeydiyyat ünvanlarına görə statistikasına nəzər salsaq, 37 müxtəlif rayon və şəhər üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərin olduğunu görə bilərik. Daha çox Bakı (52 nəfər) sakinləri qeydiyyatdan keçiblər.

Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Kişi

20-24

5

1

20.0

Kişi

25-29

15

2

13.3

Kişi

30-34

22

4

18.2

Kişi

35-39

13

2

15.4

Kişi

40-44

8

0

0.0

Kişi

45-49

2

0

0.0

Kişi

50-54

1

0

0.0

Kişi

55-59

1

0

0.0

Kişi

60-64

0

0

0.0

Kişilər üzrə cəmi:

67

9

13.4

Qadın

20-24

4

0

0.0

Qadın

25-29

8

4

50.0

Qadın

30-34

8

2

25.0

Qadın

35-39

3

0

0.0

Qadın

40-44

5

1

20.0

Qadın

45-49

2

0

0.0

Qadın

50-54

0

0

0.0

Qadın

55-59

0

0

0.0

Qadın

60-64

0

0

0.0

Qadınlar üzrə cəmi:

30

7

23.3

Yekun:

97

16

16.5

Ümumi məlumat

Yaş intervalı

Qeydiyyatdan keçib

Test imtahanından uğurla keçib

Faizlə (%)

20-24

9

1

11.1

25-29

23

6

26.1

30-34

30

6

20.0

35-39

16

2

12.5

40-44

13

1

7.7

45-49

4

0

0.0

50-54

1

0

0.0

55-59

1

0

0.0

60-64

0

0

0.0

Cəmi:

97

16

16.5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR