Dünyanın bir nömrəli startap akseleratorunun startap akademiyası Azərbaycanda fəaliyyətə başlayıb

Dünyanın bir nömrəli startap akseleratorunun startap akademiyası Azərbaycanda fəaliyyətə başlayıb
# 15 fevral 2021 17:20 (UTC +04:00)

Azərbaycanda startap təsisçiləri üçün Startap Akademiyası fəaliyyətə başlayıb.

Onlayn platforma dünyanın bir nömrəli “Y Combinator” Akselerasiya Mərkəzinin “Startup School” təhsil proqramına əsaslanır. Platforma hər kəsə açıqdır və ödənişsizdir. Proqramın Azərbaycan üzrə təmsilçisi SUP.VC şirkətidir.

Startap Akademiyası, öz startapını həyata keçirən sahibkarlar üçün pulsuz onlayn proqramdır. Proqram, Y Combinator-un biznes mütəxəssislərindən video mühazirələr və bloq yazıları əsasında tərtib edilmişdir.

Startap Akademiyası hazırda startap üzərində işləyən və ya sadəcə ideyası olan bütün təsisçilər və potensial təsisçilər üçün açıqdır.

11 fevral tarixində baş tutan Startap Akademiyasının açılış tətdbirində SUP.VC şirkətinin direktoru Vüsal Kərimli qeyd edib ki, platforma beta versiyada fəaliyyətə başlayıb və ilkin razılaşmaya əsasən platformanın tam versiyası Gürcüstan, Qazaxstan və digər qonşu region ölkələri ilə birlikdə əməkdaşlıq formasında təqdim olunacaq.

Layihə region ölkələrdə olan startaplar üçün data baza rolunu da oynayacaq.

Startap qurursunuzsa, bu proqram, ən yaxşı təcrübələrə, faydalı qaynaqlara və tətbiq oluna bilən tövsiyələrə əsaslanaraq şirkətinizi idarə etməkdə sizə kömək edəcək.

Proqrama aşağıdakı linkdən qoşula və dərslərə başlaya bilərsiniz: http://startup.edu.az/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR