"Pandemiya ilə əlaqədar icazələrin alınması və SMS sistemi 3 gün ərzində yaradılmışdı".
APA-nın məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” (EHİM) publik hüquqi şəxsin fəaliyyətinin 3 ilinə həsr olunan mətbuat konfransında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, icazələr sistemindən 1,2 milyon icazə verilib, sistemə 484 mindən çox nəqliyyat vasitəsi daxil edilib: "Xarici vətəndaşlara icazə üçün sistem yaradılmışdı. Sistemə 112 milyondan çox SMS göndərilib, 95 milyondan çox SMS-ə təsdiq cavabı verilib”.