ETSN: Avqustun 14-dən sonra havanın temperaturu çoxillik normadan aşağı enəcək

ETSN: Avqustun 14-dən sonra havanın temperaturu çoxillik normadan aşağı enəcək
# 13 avqust 2020 15:12 (UTC +04:00)

Avqust ayının ortalarında hava sərin keçəcək.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, avqust yay fəslinin ən isti ayıdır. Xüsusən də son onilliklərdə ən davamiyyətli isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb. Ötən illərdən fərqli olaraq, bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır.

Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq. Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR