Emin Əmrullayev Təhsil naziri təyin edilib

Emin Əmrullayev Təhsil naziri təyin edilib
# 27 iyul 2020 13:00 (UTC +04:00)

Emin Əmrullayev Təhsil naziri təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib. Bundan əlavə, Macarıstan paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib. 2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin Təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bu günədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib. Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir. Ailəlidir, 2 övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR