FHN "Xətai" metrosunda təlim-məşq keçirib

FHN "Xətai" metrosunda təlim-məşq keçirib
# 02 dekabr 2019 17:48 (UTC +04:00)

"Bakı Metropoliteni" QSC-nin “Xətai” stansiyasında Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri ilə razılaşdırılmış cədvələ əsasən təlim-məşq keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, təlimə Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları ilə yanaşı Metropoliteninin işçiləri də cəlb olunub. “Xətai” stansiyasının eskalatorunun “0” maili enişdə yüksək gərginlikli kabel xəttində şərti tüstüləmə hadisəsi təlim-məşqin əsas mövzusu olub.

Təlim-məşqdə şərti tüstüləmə hadisəsi barədə səs ucaldıcı vasitəsilə tüstülənmənin baş verməsi barədə məlumat verilib və metropoliten işçiləri tərəfindən yanğının söndürülməsinə başlanılıb. Sonra FHN-in “112” “qaynar xətti”nə yanğın barədə məlumat verilib. DYMX-nın 11 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin iki yanğın avtomobili və canlı qüvvəsi şərti tüstüləmə hadisəsi baş vermiş əraziyə gələrək yanğını söndürüblər.

Təlim başa çatdıqdan sonra yanğınsöndürənlər tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı döyüş hərəkətləri, metropolitendə yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR