Fəaliyyətinə icazə verilənlər barələrində məlumat “icaze.e-gov.az” portalına daxil edildiyi halda küçəyə çıxa biləcəklər

Fəaliyyətinə icazə verilənlər barələrində məlumat “icaze.e-gov.az” portalına daxil edildiyi halda küçəyə çıxa biləcəklər
# 06 iyun 2020 00:01 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarın qüvvəyə minməsi ilə əlaqədar bu gündən 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qeyd edək ki, “icaze.e-gov.az” portalı artıq aktivləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR