Gəncədə koronavirusa qarşı qabaqlayıcı tədbirlər davam etdirilir

Gəncədə koronavirusa qarşı qabaqlayıcı tədbirlər davam etdirilir
# 07 noyabr 2020 11:15 (UTC +04:00)

Gəncədə COVİD-19 pandemiyasının geniş yayılmasının qarşısını alınması istiqamətində mütamadi olaraq qabaqlayıcı tədbirlər aparılır. Bu sahədə görülən tibbi-profilaktik tədbirlərin effektivliyinin artırılması məqsədilə Gəncədə gündəlik görülən dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş qaydada həyata keçirilir.

İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, dezinfeksiya işləri şəhərin mərkəzindəki küçə və prospektləri, park və xiyabanları, qəsəbələri, çoxmənzilli yaşayış binaların giriş qəfəsləri və həyətlərini, uşaq meydançalarını, habelə əhalinın sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir.

Dezinfeksiya işlərinə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş işçiləri də cəlb edilirlər.

Qeyd edək ki, şəhərdə görülən profilaktik tədbirlər mütamadi olaraq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR