Hikmət Hacıyev: “Vətəndaşlarımızı zərurət olmadığı şəraitdə xarici səfərlərdən çəkinməyə çağırırıq”

Hikmət Hacıyev: “Vətəndaşlarımızı zərurət olmadığı şəraitdə xarici səfərlərdən çəkinməyə çağırırıq”
# 29 avqust 2020 11:12 (UTC +04:00)

“Rusiyanın quru sərhədindən vətəndaşların gətirilməsi davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Qazaxıstan və Orta Asiyanın digər ölkələrindən testlərdən sonra vətəndaşların bərə və hava nəqliyyatı ilə gətirilməsi həyata keçirilir: “İstanbuldan da koronavirus testi əsasında vətəndaşların gətirilməsi təmin olunur. Biz yenə də vətəndaşlarımızı zərurət olmadığı şəraitdə xarici səfərlərdən çəkinməyə çağırırıq. Çünki dünyada koronavrusla bağlı risklər göz önündədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR