Hərbi məhsulların qalıqları olan metal tullantılarının yalnız hərbi qurumlardan qəbuluna yol veriləcək

Hərbi məhsulların qalıqları olan metal tullantılarının yalnız hərbi qurumlardan qəbuluna yol veriləcək
# 19 fevral 2021 13:31 (UTC +04:00)

Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, fiziki və hüquqi şəxslərdən aşağıdakı mənbələrdən əldə edilmiş əlvan və qara metal tullantılarının qəbuluna yol verilir:

- fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınar əşyalar;

- istehsal, emal və ya xidmət prosesində yaranan tullantılar;

- digər şəxslərdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş əşyalar;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mənimsənilmiş sahibsiz daşınar əşyalar;

- mülkiyyətçinin imtina etdiyi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülkiyyətə yönəldilmiş daşınar əşyalar;

- digər şəxslərə məxsus daşınar əşyalar (etibarnamə əsasında).

Hərbi məhsulların qalıqları və hissələri olan metal tullantılarının yalnız hərbi qurumlardan qəbuluna yol verilir.

Hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən hər hansı avadanlığın, maşın və mexanizmlərin metal tullantı kimi qəbuluna yalnız onların istismardan çıxarılması (çıxdaş edilməsi) barədə sənədlər təqdim edildikdə yol verilir. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyatda olan daşınar əşyalara münasibətdə onların qeydiyyatının ləğv edilməsi barədə sənədlər təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR