İaşə müəssisələrində sanitar qovşaqların necə fəaliyyət göstərəcəyinə aydınlıq gətirilib

İaşə müəssisələrində sanitar qovşaqların necə fəaliyyət göstərəcəyinə aydınlıq gətirilib
# 15 avqust 2020 11:51 (UTC +04:00)

“İaşə müəssisələrinin fəaliyyət göstərməsi üçün elan olunan tələblər məlumdur”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, sanitar qovşaqla bağlı xüsusi qeydin olmamasına baxmayaraq, istənilən sahibkarlıq subyektində ara məsafəyə dair tələblər müəyyən olunub: “Həmin tələblər qorunmaq şərti ilə hansısa iaşə obyektində sanitar qovşağın fəaliyyət göstərməməsi ilə bağlı hansısa qeyd müəyyən edilməyib. Ancaq sanitar qovşağın ölçüsündən asılı olaraq sahibkarlıq subyektləri müştərilərə məlumat verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR