İşğaldan azad olunmuş ərazilərdə DSX-nin hərbi qulluqçularının vaksinasiyasına start verilib

İşğaldan azad olunmuş ərazilərdə DSX-nin hərbi qulluqçularının vaksinasiyasına start verilib
# 06 mart 2021 12:11 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vaksinasiyasına start verilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, ilk gündə 100 sərhədçinin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları təşkil edilib.

COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Stra­tegiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusunun vaksinasiya olunduğu qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR