Lancet COVID-19 Komissiyasının fəaliyyətinə dair konfrans keçirilib

Lancet COVID-19 Komissiyasının fəaliyyətinə dair konfrans keçirilib
# 07 aprel 2021 10:15 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də daxil olduğu Lancet COVID-19 Komissiyasının BMT-də fəaliyyət göstərən nümayəndəliklərin rəhbərləri ilə birgə Komissiyanın fəaliyyətinə dair veb-konfrans təşkil edilib.

Mərkəzdən APA-ya bildirilib ki, tədbirdə Azərbaycan, ABŞ, Rusiya, Çin, Rumıniya, Pakistan səfirləri çıxış ediblər

Qeyd edək ki, dünya miqyasında tanınmış şəxslərinin daxil olduğu Lancet COVID-19 Komissiyasına BMT Baş Katibinin xüsusi müşaviri Prof. Jeffrey Sachs rəhbərlik edir.

Lancet COVID-19 Komissiyası, pandemiyaya qarşı qlobal, bərabər və davamlı həll yollarının sürətləndirilməsinə kömək etmək məqsədi ilə yaradılıb.

Komissiyaya The Lancet, Center for Sustainable Development, Earth Institute of Colombia University, Sustainable Development Solutions Network, The Rockefeller Foundation və Nizami Ganjavi International Center daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR