MM Komitə sədri: “Büdcənin 30 faizindən çoxunu sosial xərclər təşkil edəcək”

MM Komitə sədri: “Büdcənin 30 faizindən çoxunu sosial xərclər təşkil edəcək”
# 24 dekabr 2020 11:24 (UTC +04:00)

“Büdcə xərclərinin 2021-ci ildə artırılması insanların sosial rahatlılığının təmin edilməsinə təsir edəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, 2021-ci ilin dövlət büdcəsinin 30 %-dən çoxunu sosial xərclər təşkil edəcək: “Bu da Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tələbidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR