Milli Məclisdə əhaliyə güzəştlə satılan qazın limitinə yenidən baxılması təklif edilib

Milli Məclisdə əhaliyə güzəştlə satılan qazın limitinə yenidən baxılması təklif edilib
# 23 fevral 2021 11:22 (UTC +04:00)

“Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, dağlıq rayonlarında qazdan istifadə daha çox olur: “Dağlıq rayonlarının sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib. Ölkə əhalisinin 15 % qaz limitini aşır. Bu 15 %-in içində dağlıq rayonlarda yaşayan insanlar 10 %-dən də az təşkil edir. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR