Mingəçevir və Ağdaş sakinlərindən 1 kq narkotik götürülüb

Mingəçevir və Ağdaş sakinlərindən 1 kq narkotik götürülüb
# 18 yanvar 2021 11:03 (UTC +04:00)

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Ə.Süleymanov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 460 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Bundan başqa, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni üzərində daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini R.Nəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada çəkisi 475 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov, Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR