Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır
# 24 sentyabr 2020 11:04 (UTC +04:00)

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr saat 17:00-dək davam edəcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) https://mektebeqebul.edu.az/az/ portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR