Müəllimlərin işə qəbulu üzrə müsahibələr onlayn keçiriləcək

Müəllimlərin işə qəbulu üzrə müsahibələr onlayn keçiriləcək
# 16 iyul 2020 14:38 (UTC +04:00)

"Müəllimlərin daimiləşmə müsabiqəsi aprel-may aylarında oldu. Bu mərhələdə müsahibə onlayn keçirildi. Bu təcrübədən müəllimlərin işə qəbulu müsabiqəsində də istifadə etməyi düşünürük".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, minlərlə insanı Bakıya dəvət etməyə ehtiyac yoxdu, onlayn şəkildə müsahibə etməklə yekun qərar veriləcək.: "Pandemiya şəraitində imtahan təşkilatçıları, nəzarətçilər və imtahan mərkəzində köməkçilər COVİD-19 testindən keçiriləcək. Bu, müəllim olmaq istəyən namizədlərə aid deyil. İmtahan mərkəzləri imtahandan əvvəl və sonra dezinfeksiya olunacaq. Bununla da insanlar arasında yoluxma riskləri minimuma endiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR