NRYTN əməkdaşları şəhid analarını ziyarət ediblər - FOTO

NRYTN əməkdaşları şəhid analarını ziyarət ediblər - FOTO
# 05 mart 2021 15:14 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin əməkdaşları şəhid analarını ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Bayramlarda, əlamətdar günlərdə şəhid ailələrinin ziyarət edilməsi artıq bir ənənə halını alıb. Şəhid analarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən nazirlik əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramlarını bildiriblər. Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.

“Xalqımız onlara qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edir. Eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrin kədərini də bölüşür”, - deyə bildirilib.

Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edilib.

Söhbət zamanı analar övladları ilə bağlı xatirələrini bölüşüb, onların vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıblar. Şəhid anaları qürur hissi ilə vurğulayıblar ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və onların övladlarının ruhları şaddır.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR