Naxçıvanda tələbə yataqxanalarından istifadəyə görə aylıq haqqın məbləği müəyyənləşib

Naxçıvanda tələbə yataqxanalarından istifadəyə görə aylıq haqqın məbləği müəyyənləşib
# 28 mart 2021 11:13 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Yataqxanalarda yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği”nin təsdiq edilməsi barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, qərar Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təklifləri nəzərə alaraq qəbul olunub.

Qərara əsasən, tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği aşağıdakı kimi müəyyən edilib:

- Naxçıvan Dövlət Universitetinin Tələbə Evi - 80 manat

-“Naxçıvan” Universitetinin tələbə yataqxanası - 100 manat

- Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin tələbə yataqxanası - 150 manat.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR