Nazir: “Növbəti tədris ilində qiymətləndirmələrlə bağlı dəyişikliklər ola bilər”

Nazir: “Növbəti tədris ilində qiymətləndirmələrlə bağlı dəyişikliklər ola bilər”
# 30 yanvar 2021 16:53 (UTC +04:00)

“Şagirdlərin qiymətləndirilməsinin mahiyyəti və məqsədi təhsilverənlə təhsilalan arasında geri qayıdışdır”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı bir çox məsələ məlumdur: “Təbii ki, qiymətləndirmənin dürüst olması pedaqoji fəaliyyətin, təhsilin ən vacib prinsiplərindən biridir. Valideyn, müəllim və şagird tərəfdən dürüstlük prinsipial amildir. İnanıram ki, bunu hamı başa düşür. Pandemiya şəraitində şagirdə kömək etmək, onun qiymətini bir qədər yuxarı qaldırmaq onun ümumi gələcək həyatını, rifahını dəyişmir. İstərdim ki, bunu edən şəxslər - şagird, müəllim, həm də valideynlərimiz mənəvi tərəfdən baxsınlar. Bu, öz-özünü aldatmaqdır. Növbəti tədris ilindən qiymətləndirmələrlə bağlı hansısa dəyişikliklərə getməyin mümkün olduğunu düşünürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR