Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejiminin icrasına nəzarətin gücləndirilməsini müzakirə edib

Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejiminin icrasına nəzarətin gücləndirilməsini müzakirə edib
  • Clock-gray 19:35
  • calendar-gray 22 Dekabr 2020

Dekabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasının vacibliyini bildirib.

Qeyd olunub ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaqdır.

Səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verilib.

İclasda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlər barədə məlumat verilib, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub.

Sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq verilib.

Firuzə Vahid

Digər xəbərlər