Ötən il 208 min nəfər hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərə qarşı peyvənd olunub

Ötən il 208 min nəfər hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərə qarşı peyvənd olunub
# 10 mart 2021 12:21 (UTC +04:00)

COVID-19 xəstəliyinə yoluxmalarda ağırlaşmaların qarşısının alınması məqsədilə hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərə qarşı ( mövsümi qrip) tibbi heyət və xroniki xəstəlikləri olan olan şəxslərin vaksinasiyası üçün 11488.5 min manat məbləğində vəsait ayrılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Məlumata əsasən, 2020-ci ilin 12 oktyabrından başlayaraq 208 min nəfər hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərə qarşı peyvənd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR