Ötən il 3 ton uşaq qidası məhv edilib

Ötən il 3 ton uşaq qidası məhv edilib
# 09 mart 2021 17:02 (UTC +04:00)

2020-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində 79,6 min dekalitr (dkl.) süd, 5,6 min ton süd məhsulları, 473,1 ton buğda, un və çörək məmulatları, 502,4 dkl. alkoqollu və alkoqolsuz içkilər, 5,6 ton müxtəlif bərk yağlar, 188,6 dkl. bitki yağları, 152,8 ton ət və ət məhsulları, 15,7 ton balıq və dəniz məhsulları, 1,7 min ton şəkərli və unlu qənnadı məmulatları, 4,4 dkl. maye halında və 7,4 ton quru halda müxtəlif növ məhsullar, 12,8 dkl. kompot və meyvə şirələri, 184,5 ton meyvə və tərəvəz məhsulları, 2,2 ton yarma, paxlalılar və makaron məmulatları, 35,1 min ədəd yumurta, 3,0 ton uşaq qidası, 59,7 ton müxtəlif növ qarışıq qida məhsulları, 176,7 min ədəd paket halında, 48,9 min ədəd ağac tingi, 5,4 min ədəd paket halında, 5,7 kq quru halda və 6,0 litr maye halında baytarlıq preparatları məhv edilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Eyni zamanda, həmin tədbirlər çərçivəsində 4,5 min ton meyvə və tərəvəz, 348 kubmetr meşə materialları, 7,8 min ədəd ağac və ağac tingləri, 10,6 min ton buğda, 129 kq ət zərərsizləşdirilib. 2020-ci ildə 12,5 min kubmetr taxıl ərazisi müvafiq dərman vasitələri zərərli orqanizmlərdən təmizlənib.

Bundan əlavə, 92,1 ton yodlaşdırılmış duz, 10,0 ton ət, 4,4 ton toxumluq kartof, 113,3 dkl. alkoqollu içkilər utilizasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR