Ötən il 468 əsər qeydiyyata alınıb

Ötən il 468 əsər qeydiyyata alınıb
# 22 fevral 2021 12:40 (UTC +04:00)

Müəllif hüquqları obyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi üzrə 2020-ci ildə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib, əsərin qeydiyyatı haqqında 468 şəhadətnamə verilib.

APA-nın məlumatına görə, bu barədə Əqli Mülkiyyət Agentliyinin 2020-ci ilin yekunları üzrə hesabatında bildirilib.

O cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 91 müəllifin 192 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 197 şəhadətnamə verilib, 23 müqavilə qeydiyyatdan keçirilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2021-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 13410 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 199 müəllifin 416 əsəri qeydiyyatdan keçirilib.

Hesabat dövründə müəlliflik hüququna əsaslanan kreativ sənayenin 2019-cu il milli iqtisadiyyat sahələri üzrə faktiki statistik göstəriciləri və dövlət büdcəsi rəqəmləri təhlil edilək, göstərilib ki, 2019-cu ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 4356,3 mln. manat təşkil edib. Ölkənin ÜDM-də kreativ sənayenin payı 2010-cu ildə olan 3,5%-dən 2020-ci ilin 1 yanvarına olan vəziyyətə görə 5,1%-ə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. Müəlliflik hüququna əsaslanan sahələr 9 il ərzində 1,8%-dən 3,0%-ə çatmışdır. Bu isə müəllif hüququ sahəsinin inkişafının əsas göstəricilərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR