Peşə Təhsilinin İnkişafı Fondu peşə təhsili müəssisələrinə qrant verəcək

Peşə Təhsilinin İnkişafı Fondu peşə təhsili müəssisələrinə qrant verəcək
# 18 avqust 2020 23:06 (UTC +04:00)

Peşə Təhsilinin İnkişafı Fondu peşə təhsili sahəsində gəlir və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələri arasında ədalətli bölgüsünü təmin edən, peşə təhsili sahəsinin inkişafına dəstək göstərən publik hüquqi şəxsdir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi Peşə Təhsilinin İnkişafı Fondunun Nizamnaməsində əksini tapıb.

Nazirliyin tabeliyində fəaliyyət göstərən Fond fəaliyyət istiqamətləri aşağıdakılardır:

- peşə təhsili sahəsinin inkişafına maddi yardım göstərmək;

- peşə təhsili sahəsində gəlirləri peşə təhsili müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə yönəltmək;

- peşə təhsilinin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

- peşə təhsilinin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- peşə təhsili müəssisələrində maliyyə vəziyyətini təhlil etmək;

- peşə təhsili müəssisələrinin gəlirlərinin stimullaşdırılması üzrə təkliflər vermək;

- peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin maddi və sosial rifahının yüksəldilməsi və müvafiq meyarlar əsasında mükafatlandırılması üzrə tədbirlər görmək;

- peşəyönümü işlərinin aparılmasında peşə təhsili müəssisələrinə dəstək vermək.

Fondun vəzifələri sırasına peşə təhsili müəssisələrinin maddi-texniki, tədris- metodiki bazasının möhkəmləndirilməsi tədbirlərini dəstəkləmək, peşə təhsili sahəsində təhsilalanların və təhsilverənlərin fəaliyyətini stimullaşdırmaq, peşə təhsili sahəsində gəlirlərin və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək, peşə təhsili müəssisələrinə qrant verilməsi məqsədilə onlar arasında müsabiqələr təşkil etmək, Fondun idarə olunması

Fondun idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 nəfərdən - Təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən, onun müavinindən və digər bir üzvdən ibarətdir. Fondun nizamnamə fondunun məbləği 1 milyon manatdır. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, peşə təhsili müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsaitdən ayırmalardan, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən yerli və xarici investisiyalardan və qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsaitdən formalaşır. Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və ya yerli büdcəyə köçürülə bilər. Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

Fondun ləğvini və yenidən təşkilini Nazirlər Kabineti həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR