Qərargah: Həkimlər xəstəxanadan kənarda da yoluxa bilər

Qərargah: Həkimlər xəstəxanadan kənarda da yoluxa bilər
# 20 iyul 2020 17:53 (UTC +04:00)

“Başqa ölkələrdə həkimlərin təqribən 20 faiz yoluxması baş verir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, həkimlər xəstəxanadan kənarda da yoluxa bilər: “Həkimlər ən böyük risklə isə xəstəxanada xəstələrə qulluq zamanı üzləşir. Qoruyucu vasitələrdən istifadə etsələr də, elə hallar olur. Xəstələrin hamısına şəfa diləyirik”.

Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, həkimlər və tibb bacıları da ön cəbhədə olduğu kimi bizi qoruyur: “Allah onlara güc, şəfa versin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR